Ağdamda ağır qəza, ölən və yaralılar var

Ağdamda ağır qəza, ölən və yaralılar var
  09 Noyabr 2020    Oxunub:1774
Noyabrın 8-də saat 08 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi “QAZ-3129” və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti