Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı
  12 Oktyabr 2020    Oxunub:3862
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Azvision.az



Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti