Maşın oğrurlayan keçmiş məhkum tutuldu

Maşın oğrurlayan keçmiş məhkum tutuldu
  02 Oktyabr 2020    Oxunub:1571
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə oktyabrın 1-nə keçən gecə rayon ərazisindən Göyçay rayon sakini A.İsmayılova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov Sabunçu rayonu ərazisində saxlanılıb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti