Yasamalda qadına qarşı soyğunçuluq edildi

Yasamalda qadına qarşı soyğunçuluq edildi
  02 Oktyabr 2020    Oxunub:2362
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini S.Əlibalayeva sentyabrın 29-da rayon ərazində bir nəfərin onun içərisində 205 manat pul, qızıl-zinət əşyası və bank kartı olan pul qabısını açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan E.Qəhrəmanov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti