Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
  02 Oktyabr 2020    Oxunub:2093
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini R.Musayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu və 2 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eymur kənd sakini R.Camalovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu və 270 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti