Daha 9 şagird koronavirusa yoluxdu

Daha 9 şagird koronavirusa yoluxdu
  01 Oktyabr 2020    Oxunub:2289
Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 25 dərəcədən yuxarı olan şagirdlərin sayı 36 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyəti olmayıb.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 9, işçi heyətinin sayı 8 olub. Distant təhsilə keçmiş siniflərin sayı 3-dür.

İndiyə qədər ölkə üzrə bir məktəb, 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti