Qonaq ev sahibinin maşınını qaçırdı

Qonaq ev sahibinin maşınını qaçırdı
  01 Oktyabr 2020    Oxunub:3485
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Cəfərov sentyabrın 30-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Cəfərovun evində qonaq olan A.Quliyev tərəfindən qaçırılması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Quliyev həmin gün saat 2 radələrində avtomobillə birgə polis əməkdaşları tərəfindən qəsəbə ərazisində saxlanılıb.


Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti