Məktəbəhazırlıq qruplarında dərslər başladı

Məktəbəhazırlıq qruplarında dərslər başladı
  01 Oktyabr 2020    Oxunub:2281
Bu gündən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmçinin 1 oktyabr tarixindən V-IX sinif şagirdlərini məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər.

Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq.

Ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər.

15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər.

Azvision.az



Teqlər: Məktəbəhazırlıq   Dərs  





Xəbər lenti