Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı
  30 Sentyabr 2020    Oxunub:2248
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Şahbazlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin gotürülüb.

Ətrafında aparılan tədbirlərlə onun 7 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti