Sabahdan 5-ci və 9-cu siniflər əyani oxuyacaq

Sabahdan 5-ci və 9-cu siniflər əyani oxuyacaq
  30 Sentyabr 2020    Oxunub:2586
Sabahdan 5-ci və 9-cu siniflərdə əyani formada tədris həftədə 2-3 dəfə olmaqla bərpa olunacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib .

O bildirib ki, COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin bu formada təşkili noyabrın 2-dək davam edəcək. Epidemioloji vəziyyətlə əlaqədar olaraq növbəti dövr üçün müvafiq qərarlar qəbul ediləcək.

Azvision.az


Teqlər: Təhsil   Şagird  





Xəbər lenti