Daha 7 şagird koronavirusa yoluxdu

 Daha 7 şagird koronavirusa yoluxdu
  30 Sentyabr 2020    Oxunub:3957
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 7 şagird, bir nəfər işçi heyət isə koronavirusa yoluxub. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 19-a çatıb.

Xatırladaq ki, respublika üzrə 1 məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində və 19 sinifdə təhsil distant formaya keçirilib.

Azvision.az


Teqlər: Təhsil   Koronavirus   Pandemiya  





Xəbər lenti