Biləsuvarda 15 kq-a yaxın narkotik müsadirə edilib

Biləsuvarda 15 kq-a yaxın narkotik müsadirə edilib
  30 Sentyabr 2020    Oxunub:1184
Biləsuvar rayonunda külli miqdarda narkotik vasitələr ələ keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilmiş 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyəti də müəyyən edlib.


Azvision.az



Teqlər: Biləsuvar   Narkotik  





Xəbər lenti