Meksikada ağır qəza, 13 nəfər öldü

Meksikada ağır qəza, 13 nəfər öldü
  29 Sentyabr 2020    Oxunub:3144
Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Meksikanın Çiapas əyalətində qeydə alınıb.

Belə ki, La Trinitaria - Çamik yolunun dağlıq hissəsində, İblisin Burnu kimi tanınan ərazidə sərnişin daşıyan avtobus idarəetməni itirərək dağa çırpılıb və daha sonra aşıb.

Qəza nəticəsində 13 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılar arasında 11 qadın, 9 kişi və 5 uşaq var. Daha iki sərnişinin axtarışları aparılır. Qəzanın baş vermə səbəbi hələ məlum deyil.

Azvision.az



Teqlər: Meksika   Qəza  





Xəbər lenti