Bakıda velosiped oğrusu saxlanılıb

Bakıda velosiped oğrusu saxlanılıb
  28 Sentyabr 2020    Oxunub:2573
Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub.

O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib. Araşdırma zamanı Hüseyn Şahbazlının oğurladığı velosipedlərin bir neçəsini dəyər-dəyməzinə satdığı məlum olub. Velosipedlərdən bəziləri isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan zaman Polis Bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti