7 kəndimiz işğaldan azad edildi!!!

  7 kəndimiz işğaldan azad edildi!!!
  27 Sentyabr 2020    Oxunub:20288
Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti