Naxçıvanda 17 məzun qızıl nişana layiq görülüb

Naxçıvanda 17 məzun qızıl nişana layiq görülüb
  26 Sentyabr 2020    Oxunub:3005
Bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 17-si qızıl və 17-si gümüş nişana, 34-ü isə fərqlənmə attestatına layiq görülüb. Ölkə üzrə qızıl nişan alanların 14 faizi, gümüş nişan alanların isə 22 faizi muxtar respublika ümumtəhsil müəssisələrinin məzunları olub.
Azvision.az xəbər verir ki, bunu tədris ilini xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş nişanların təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov deyib.

Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan tədbirdə təltif olunan məzunları təbrik edən nazir bildirib ki,muxtar respublikada 2019-2020-ci tədris ili uğurlu olub, məzunlardan 275-i 500-700 arası bal toplayıb. Həmin məzunlardan 145-i muxtar respublika ali təhsil müəssisələrinə qəbul olub. Qızıl nişana layiq görülən məzunların hamısı 600-dən yuxarı, gümüş nişana layiq görülən məzunlar isə 500-700 arası bal toplayıb.

Tədbirdə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov qeyd edib ki, bu tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin məzunlarından 68-i 500-700 intervalında bal toplayıb, 2-si Respublika fənn olimpiadasının qalibi olub, 4 nəfər “Qızıl”, 4-ü “Gümüş” medala, 11 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Təqdimat mərasimində Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin məzunu, qəbul imtahanlarında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olan, qızıl nişana layiq görülən Nəriman Həsənov təhsildə yaradılan şəraitə görə məzunlar adından minnətdarlığını bildirib.

Sonra Təhsil naziri məzunlara nişanları təqdim edib.

Azvision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti