BNA yeni piyada səkisini istifadəyə verdi - FOTO

BNA yeni piyada səkisini istifadəyə verdi -    FOTO
  25 Sentyabr 2020    Oxunub:2910
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Bakı şəhərinin ən önəmli prospektlərindən biri olan Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsinə yaxın hissəsində yeni piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Bu çərçivədə səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib. Əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.







Azvision.az


Teqlər: BNA   Piyada   Səki  





Xəbər lenti