Yasamalda soyğunçuluq edənlər tutuludu

Yasamalda soyğunçuluq edənlər tutuludu
  25 Sentyabr 2020    Oxunub:2060
Paytaxtın Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, sentyabrın 23-də Yasamal rayonunun ərazisindəki parkların birində iki nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat məbləğində pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə rayon polis idarəsinin 27-ci polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyənləşdirilərək saxlanılıblar.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DIN  





Xəbər lenti