8 evdən oğurluq edənlər tutuldu

8 evdən oğurluq edənlər tutuldu
  25 Sentyabr 2020    Oxunub:2129
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 6 evdən su mühərriki, 1 ədəd velosiped, 1 avtomobildən isə təkər qapaqları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul, akkumulyator, maqnitofon, 2 həyətyanı sahədən isə su mühərriki oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti