Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  23 Sentyabr 2020    Oxunub:2762
Sentyabrın 21-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini İxtiyar Vəliyev vurulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, şəhər sakini M.Qasımov müəyyən edilərək saxlanılıb.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti