Yarmarkada soyğunçuluq edən şəxs tutuldu

Yarmarkada soyğunçuluq edən şəxs tutuldu
  23 Sentyabr 2020    Oxunub:1664
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini S.Həmidov sentyabrın 20-də rayon ərazisindəki yarmarkaların birində bir nəfərin onun 100 manatını açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan B.Rüstəmov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.



Azvision.az



Teqlər: DİN  





Xəbər lenti