Siyəzən və Tərtər sakinlərindən silah götürüldü

Siyəzən və Tərtər sakinlərindən silah götürüldü
  23 Sentyabr 2020    Oxunub:3182
Siyəzən və Tərtər sakinlərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Həmçinin, Tərtər rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: Siyəzən   Tərtər   Silah  





Xəbər lenti