Osmanlı sultanlarının əcnəbi anaları - ŞƏKİLLƏR

Osmanlı sultanlarının əcnəbi anaları - ŞƏKİLLƏR
  29 Yanvar 2014    Oxunub:8026
Bir çox sultanların, imperatorların olduğu kimi, Osmanlı sultanlarının da müxtəlif millətlərdən olan cariyələrin yaşadığı hərəmxanası olub. Buna görə də Osmanlı sultanlarının çoxunun anası əslən yunan, fransız, yəhudi və başqa millətlərdən olub.

Həmin cariyələr sultanın həyat yoldaşı olmazdan əvvəl müsəlman edilib və onların hamısının əsl adı dəyişdirilərək, onlara ya türk adı, ya da dini adlar verilib. Cariyələrdən sultan üçün uşaq dünyaya gətirənlərə, xüsusilə də oğlan uşağı doğanlara “haseki” adı verilib. Onların oğlu taxta çıxanda isə sultan anası olduqlarına görə, “Validə Sultan” deyə çağrılmağa başlayıblar.

Cariyələr sarayın hərəmxanasına müxtəlif yollarla gəlib düşüblər. Onlar ya müharibə zamanı əsir götürülüb, ya da qul bazarında alınıblar. Məsələn, Sultan I Muradın anası, əsl adı Holofira olan Nilufər Xatun toy günü Osman Qazi tərəfindən qaçırılıb. Onun nişanlısı isə Bilecik təkfurunun oğlu olub (Təkfur - Bizans İmperiyasında valiliyi idarə edən xristian bəylərinə verilən ad idi).

AzVsion.az ən məşhur Osmanlı sultanlarının anasının hansı millətdən olması haqqında şəkilli məlumatları təqdim edir:

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti