Məktəblər yenidən bağlana bilər - Ekspert

 Məktəblər yenidən bağlana bilər -  Ekspert
  22 Sentyabr 2020    Oxunub:4488
Pandemiya səbəbi ilə mart ayından etibarən tədris prosesi dayandırıldı və dərslər onlayn-distant qaydada həyata keçirilməyə başlandı. Baxmayaraq ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin dərslərinə dəstək üçün teledərs, “Virtual məktəb” lahiyələri həyata keçirilir, amma bunlar birmənalı şəkildə ənənəvi dərsləri əvəz edə bilmir.
Bunu Azvision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, həm şagirdlərin kompüter, planşet və internetinin olmaması, həm də onlayn dərs zamanı mövzuların tam şəkildə izah edilə bilməməsi ciddi problem yaradırdı.

“Ona görə də, Nazirlər Kabineti orta məktəblərdə tədrisin qismən və mərhələli şəkildə bərpası ilə bağlı qərar qəbul etdi. Onlayn dərs ilə müqayisədə həftədə 2-3 gün dərsin bərpası olduqca əhəmiyyətli bir addımdır. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu addım uğurludur. Çünki şagirdlər başa düşmədikləri mövzuları dərsdə soruşa bilirlər”.



K.Əsədov bildirib ki, amma məktəblərdə pandemiya dövrünün qaydalarına əməl olunmur: “Övladlarını məktəbə qoyan valideynlər məktəbin qarşısında sıxlıq yaradırlar, məsafə gözləmirlər. Baxmayaraq ki, valideynlərin məktəbə daxil olması məhdudlaşdırılıb, amma məktəblərin qarşısında bu qaydalara riayət etmirlər. Təklif edirəm ki, məktəbin qarşısında xüsusi işarələnmələr olsun. Valideynlər həmin yerlərdə dayansınlar. Əgər hazırda olan vəziyyət davam etsə, biz bir neçə gün sonra tədrisin yenidən dayandırılmasına şahid olacağıq”.
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə

Təhsil eksperti vurğulayıb ki, valideynləri məktəbə buraxmamaqla və sinifdə ara məsafəsi saxlamaqla iş bitmir: “İctimai nəqliyyatda şagirdlərin istifadəsinə xüsusi diqqət yetirilməlidir, yaşlı, xüsusi risq qrupu olan şəxslərin şagirdləri məktəbə gətirməsi və aparmasına məhdudiyyət tətbiq edilməlidir. Valideynlərin məktəbin qarşısında toplaşarmasına icazə vermək olmaz”.

Qeyd edək ki, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Koronavirus  





Xəbər lenti