İxtisasların tanınması qaydalarında dəyişiklik edildi

 İxtisasların tanınması qaydalarında dəyişiklik edildi
  22 Sentyabr 2020    Oxunub:2674
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti