DİN-in Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb.
Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Azvision.az