İki nəfərdən 18 kq narkotik götürüldü

İki nəfərdən 18 kq narkotik götürüldü
  18 Sentyabr 2020    Oxunub:2820
Samux rayon sakininin yaşadığı evin həyətindən narkotik vasitələr aşkar edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini T.Bayramov tərəfindən Yeni Nəbiağalı kəndindəki evlərdən birinin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 12 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təngərüd kənd sakini, əvvəllər məhkum olunmuş E.Əsgərovun evindən 6 kiloqram 657 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti