Əhaliyə hava xəbərdarlığı

   Əhaliyə hava xəbərdarlığı
  18 Sentyabr 2020    Oxunub:2724
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Azvision.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Azvision.az



Teqlər: Hava   Yağış  





Xəbər lenti