Onlayn dərslərlə bağlı valideynlərin şikayətinə nazirlikdən cavab

Onlayn dərslərlə bağlı valideynlərin şikayətinə  nazirlikdən cavab
  18 Sentyabr 2020    Oxunub:3757
Sentyabrın 15-dən ölkə üzrə yeni tədris ilinə başlanılıb. İbtidai siniflər həftədə 2 dəfə olmaqla əyani formada məktəbə gedirlər. Yuxarı siniflər, eləcə də ali təhsil müəssisələrinin tələbələri isə distant formada təhsillərinə davam edirlər. Lakin onlayn tədrisdən heç də bütün şagirdlər yararlana bilmir. Sosial şəbəkələrdə şagirdlərin "Virtual məktəb"ə qoşulmaqda çətinlik çəkməsi, onların dərslərdən kənar qalması ilə bağlı valideynlərin narazılıqları yer alır.
Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, "Virtual məktəb"lə bağlı daxil olan problemlərin çox hissəsi şagirdlərin şifrəni unutması ilə bağlıdır.

"Göstərişlərə ardıcıl əməl etməklə şifrəni yeniləmək mümkündür. Bununla bağlı https://virtual.edu.az/ elektron səhifəsinə daxil olaraq təlimatlarla tanış ola bilərsiniz.

"Virtual məktəb"ə qoşulan şagirdlərin sayı 1 milyondan çoxdur. Hər gün qoşulanların sayı artır. Paralel olaraq ölkənin iki telekanalında “Dərs vaxtı” layihəsi davam edir, müxtəlif elektron resurslar, əyani tədris vəsaitləri təqdim olunur. Şagirdlərin hərtərəfli mövzu ilə təmin olunması üçün kifayət sayda imkanlar təklif olunur.

Digər tərəfdən bildiririk ki, müvafiq qaydalara uyğun olaraq şagirdlərin və müəllimlərin distant dərslərdə iştirakına məktəb rəhbərliyi nəzarət edir", - deyə nazirlikdən valideynlərin şikayətinə cavab verilib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Şagird   Virtual-məktəb  





Xəbər lenti