Fəhlə işlədiyi binanın damından yıxıldı

  18 Sentyabr 2020    Oxunub : 1848
Fəhlə işlədiyi binanın damından yıxıldı
Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hacıqabul rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Prokurorluq   Fəhlə