59 minə yaxın abituriyent ixtisas seçimi edib

59 minə yaxın abituriyent ixtisas seçimi edib
  18 Sentyabr 2020    Oxunub:1640
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, sentyabrın 18-i saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14627, II ixtisas qrupu üzrə 9862, III ixtisas qrupu üzrə 14554, IV ixtisas qrupları üzrə isə 3604 olmaqla ümumilikdə 42647 elektron ərizə təsdiq olunub.
Borrel: "Qəzzaya havadan yardım əlverişsizdir"

V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16199 ərizə təsdiq olunub. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçiminin sonuna 2 gün vaxt qalıb və sentyabrın 20-si saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİM   İxtisas-seçimi  





Xəbər lenti