Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
  18 Sentyabr 2020    Oxunub:2323
Cəlilabad rayonunun Suluçeşmə kəndində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 320 kv/m olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti