Minə yaxın azərbaycanlı Gürcüstanda təhsil alacaq

Minə yaxın azərbaycanlı Gürcüstanda təhsil alacaq
  17 Sentyabr 2020    Oxunub:2831
2020-2021-ci tədris ilində 956 azərbaycanlı gənc Gürcüstanın ali məktəblərinə qəbul olub.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2019-2020-ci tədris ili ilə müqayisədə bu il ali məktəblərə qəbul olan tələbələrin sayı 44 nəfər çoxdur.

Məlumata görə, azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olub. Onlar bir il ərzində dövlət dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsili davam etdirəcəklər.

Azvision.az





Teqlər: Təhsil   Gürcüstan  





Xəbər lenti