“Distant təhsilə nə məktəblər, nə də şagirdlər hazırdır” - Ekspert

 “Distant təhsilə nə məktəblər, nə də şagirdlər hazırdır” -  Ekspert
  17 Sentyabr 2020    Oxunub:4333
Distant təhsilə nə məktəblər, nə şagirdlər, nə də valideynlər hazırdır. Həm psixoloji, həm də texniki cəhətdən heç kim belə təhsilə hazır deyil.
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, şagirdlərin çoxunun evdə kompüteri olmaya bilər. Bunu nəzərə almaq lazımdır:

“Bir çox müəllimlərin evdə kompüteri yoxdur. 3-5 nəfərin internetdən istifadə edərək onlayn dərslərə qoşulması hələ o demək deyil ki, bütün təhsil sistemimiz bundan istifadə edir.

Təhsil sisteminin Təhsil Nazirliyi qarşısında duran ən böyük problemi elə budur. Onlar da çalışır ki, problemi həll etsinlər. Lakin problem tək Təhsil Nazirliyindən asılı deyil, dövlətin başqa qurumlarından da asılıdır. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəni keyfiyyətli internetlə təmin etməlidir. Keyfiyyətli internet Bakıda təkcə 2-3 məktəbdə deyil, bütün Azərbaycanda, dağlıq rayonda, uzaq məktəbdə də olmalıdır. Bu, təmin edilməyib. Bizim internetə baxışımız çox primitivdir. Məsələn, Estoniyada internet pulsuzdur”.

Ş.Əsgərov bildirib ki, onlayn dərslərə qoşulmaqda problemlər var: “Təbii ki, belə olan təqdirdə şagirdlər geri qalacaq, təhsilimiz bir az da geriləcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb   Dərs  





Xəbər lenti