Həyətində çətənə yetişdirən şəxs saxlanıldı

Həyətində çətənə yetişdirən şəxs saxlanıldı
  17 Sentyabr 2020    Oxunub:2883
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini E.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 94 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti