Bərdədə qətl törədən qrupun daha bir üzvü saxlanıldı

Bərdədə qətl törədən qrupun daha bir üzvü saxlanıldı
  16 Sentyabr 2020    Oxunub:3331
Bərdə rayon sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M. Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: AKM   DİN  





Xəbər lenti