Azərbaycanda 60 nəfəri ilan sancıb

Azərbaycanda 60 nəfəri ilan sancıb
  16 Sentyabr 2020    Oxunub:4650
Aprel ayından bu günə qədər ilan sancması ilə bağlı 60 müraciət qeydə alınıb.

Bu barədə Azvision.az -a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. O bildirib ki, həmin şəxslərdən 10 nəfəri uşaq olub:
“İlan sancmasından ölüm halı qeydə alınmayıb. Zərdab artıqlaması ilə var və müraciət edən şəxslərə vurulur. Sentyabr ayında havaların isti keçməsi səbəbindən ilan sancması ilə əlaqədar müraciətlərin olacağını güman edirik. İlan zəhərlənməsinə görə müraciətlər Bakı və regionlardan daxil olub”.

A.Maqsudov bildirib ki, dərman zəhərlənməsi ilə bağlı avqust ayında 14 nəfər müraciət edib. “Bunlardan 2 nəfəri uşaq olub. Ölüm hadisəsi olmayıb. Allergik reaksiya ilə 10 nəfər müraciət edib. Burada əsasən antibiotikə qarşı reaksiya olub, ölüm hadisəsi baş verməyib. Bundan əlavə, əqrəblə bağlı 3 məsləhət verilib, bunlar həkimlər tərəfindən zəhərlənmə kimi qeydə alınmır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İlan   Əqrəb   Zəhərlənmə  





Xəbər lenti