Professor ağır xəstəlikdən vəfat etdi

Professor ağır xəstəlikdən vəfat etdi
  16 Sentyabr 2020    Oxunub:2913
Azərbaycan Texniki Universitetinin (AzTU) "Azərbaycan dili və pedaqogika” kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətindən bildirilib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.

Azvision.az


Teqlər: AzTU   Professor  





Xəbər lenti