Narkotik əkən keçmiş məhkum ələ keçdi

Narkotik əkən keçmiş məhkum ələ keçdi
  15 Sentyabr 2020    Oxunub:2815
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonunun Bayan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun Calut kəndində kultivasiya yolu ilə yetişdirdiyi 278 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb. Faktla əlaqədar təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti