Naxçıvanda hərbi təhsilə maraq artır

Naxçıvanda hərbi təhsilə maraq artır
  15 Sentyabr 2020    Oxunub:3123
Naxçıvanda şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artıb.
Azvision.az xəbər verir ki, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün ötən illə müqayisədə 11 faiz çox olmaqla 498 şagird sənəd verib, onlardan 220-si kursant adını qazanıb.

Bu, ötən il qəbul olanlardan 76 nəfər, yaxud 35 faiz çoxdur. Bununla yanaşı, məzunlardan 61-i xüsusi təyinatlı ali məktəblərə, 98-i isə Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer” ixtisasına sənəd verib.

Azvision.az


Teqlər: Naxçıvan   Hərbi   Lisey  





Xəbər lenti