“Qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq” - Nazir

 “Qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq” -    Nazir
  15 Sentyabr 2020    Oxunub:3041
Təhsil naziri Emin Əmrullayev “Bilik günü” münasibətilə şagird, tələbə, müəllim və valideynləri təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!

Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.

Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.

Yeni tədris iliniz mübarək olsun!"

Azvision.az


Teqlər: Təhsil   Nazir   Təbrik  





Xəbər lenti