Bakıda daha bir sərnişin avtobusu yandı

   Bakıda daha bir sərnişin avtobusu yandı
  15 Sentyabr 2020    Oxunub:3265
Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.

Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, mütəxəssislər son 15 gündə sayca ikinci avtobusda yanğın hadisəsinin olmasını "BakuBus" avtobuslarının iki aydan artıqdır fasiləsiz istismarı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, metronun işləmədiyi 72 gün ərzində "BakuBus" MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyat avtobus saxlanılmırdı, çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti