Bu il “Tibb” ixtisası üzrə 610 yer ayrılıb

Bu il “Tibb” ixtisası üzrə 610 yer ayrılıb
  14 Sentyabr 2020    Oxunub:3495
IV ixtisas qrupuna gedənlər əsasən Tibb Universitetini arzu kimi nəzərdə tuturlar. Lakin bəzi şəxslər var ki, biologiya, kimya müəllimi olmaq, ekologiya ilə məşğul olmaq istəyir. Əsas çoxluq Tibb Universitetinə daxil olmaq istəyir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, IV ixtisas qrupu üzrə 4100 yer elan olunub.

“Bu qrupda müsabiqə vəziyyətinin bir qədər aşağı düşəcəyini deyə bilərik. “Tibb” ixtisası üzrə 610 yer ayrılıb. 500-510 baldan yuxarı nəticə göstərənlərin sayı 1222 nəfərdir. Bu, o deməkdir ki, onlar “Tibb” ixtisasına, “Stomotologiya” və “Tibb bacısı” ixtisaslarına qəbul oluna bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti