Lənkəranda 17 yaşlı oğlan süni göldə batdı - YENİLƏNİB

Lənkəranda 17 yaşlı oğlan süni göldə batdı -  YENİLƏNİB
  13 Sentyabr 2020    Oxunub:4073
Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.
Azvision.az xəbər verir ki, E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) süni göldə batması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Göl   Lənkəran  





Xəbər lenti