“Renault” yol kənarındakı maneəyə çırpıldı

“Renault” yol kənarındakı maneəyə çırpıldı
  13 Sentyabr 2020    Oxunub:3075
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində “Renault” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Salyan  





Xəbər lenti