“MAN”ın vurduğu piyada xəstəxanada öldü

“MAN”ın vurduğu piyada xəstəxanada öldü
  12 Sentyabr 2020    Oxunub:3166
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti