Qrip və COVİD birləşərsə... - ANİMASİYA

   Qrip və COVİD birləşərsə... -    ANİMASİYA
  11 Sentyabr 2020    Oxunub:22391
Payız yoluxucu xəstəliklərin, xüsusilə də qripin kəsinləşdiyi mövsümdür. Lap əvvəldən deyilirdi ki, payızda koronovirusla bağlı vəziyyət də kəskinləşə bilər. Biz karantindən çıxmağa doğru gedirik. Karantinin yumşalmasının gəlib payıza düşməsi istər-istəməz narahatçılığı artırır. Çünki ortada həm də başqa sual var: Qrip və “covid-19” virusları eyni vaxtda yayılsalar, bu, epidemioloji vəziyyətə necə təsir edəcək?
Və yaxud, sualı belə qoyaq. İnsanların 80 faizi “covid-19”a yoluxmanı tamamilə simptomsuz, ayaq üstə keçirirlər. Əksəriyyətimiz bu şəkildə ya keçirmişik, ya da yaxın aylarda yoluxub, keçirəcəyik. Amma, tutaq ki, normal halda koronavirisu ayaq üstdə, əlamətlərsiz keçirəcək olan şəxs eyni zamanda həm də qripə yoluxsa, onda necə olacaq?



Bu, hazırda bütün dünyada günün sualıdır. Onun birmənalı cavabı yoxdur. Amma böyük ehtimalla, bir orqanizm eyni zamanda həmi “COVİD-19”a, həm də yeni növ qrip viruslarından birinə - söhbət 4 təzə ştammdan gedir,- yoluxsa, vəziyyəti xeyli ağırlaşa bilər. Bu halda tək koronavirusu ayaq üstdə keçirəsi şəxs də yatağa düşəcək, ola bilər ki, hətta ağırlaşma ilə də üzləşsin.

Təhlükəni artıq bütün dünyada başa düşüblər, ona görə də bu il bütün ölkələrdə qrip əleyhinə vaksinasiyaya xüsusi fikir verilir və çox ciddi yanaşılır. Bədənimiz və immun sistemimiz bu virusların biri ilə bacarmaq halındadırsa belə, eyni vaxtda ikisinin öhdəsindən gəlməyə də bilər.
Üstəlik, dünyada tibb adamlarını narahat edən həm də odur ki, qrip virusunun bu il yayılan yeni ştammları da koronavirus kimi ağ ciyərlərə təsir göstərir. Onlar adı bizə yaxşı tanış olan “atipik pnevmoniya” virusunu xatırladırlar. O virusu ki, 2002- ci ilin noyabrında Çiin cənubunda qeydə alınmış, 2003-ün yazında artıq Uzaq Şərqdə ciddi epidemiya dalğası doğurmuşdu. Ona yoluxanların təxminən 10 faizi dünyasını dəyişirdi.

Bu payız yayılacağı proqnozlaşdırılan qrip ştammlarının həmin atipik pnevmoniya virusu ilə bənzərliyi xüsusilə riskli olduğundan, qrip əleyhinə peyvəndə məhz bu il çox ciddi yanaşmalıyıq. İndi qridən peyvənd olunmaq təkcə şəxsi sağlamlıq yox, həm də ictimai məsuliyyət məsələsidir.


Teqlər: Qrip   Koronavirus   Peyvənd  





Xəbər lenti