Virusa yoluxan müəllim və şagirdlər nəzarətə götürələcək

 Virusa yoluxan müəllim və şagirdlər nəzarətə götürələcək
  11 Sentyabr 2020    Oxunub:3171
Valideynlərə müraciət edirik ki, əgər övladının səhhətində problem varsa, eləcə də COVID-19 və ya hər hansı virus infeksiyasına oxşar xəstəlikləri varsa, onları məktəbə gətirməsinlər.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, gələcəkdə Təhsil Nazirliyi yanında operativ qərargah fəaliyyət göstərəcək, orada virusa yoluxan müəllim və şagirdlər nəzarətə götürələcək.

“Onların nəzarətini aparıb addımlarımızı müəyyən edəcəyik. Hansı sinifdə müəllim və ya şagirddə COVID olarsa, qərar qəbul olunacaq ki, məktəb bağlansın və ya lokal olaraq sinif bağlansın”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Valideyn   Müraciət   Təhsil  





Xəbər lenti