Nazirlik: Təhsil haqlarında dəyişiklik gözlənilmir

  Nazirlik:  Təhsil haqlarında dəyişiklik gözlənilmir
  11 Sentyabr 2020    Oxunub:4161
Tələbələrin təhsil haqlarında hər hansı dəyişikliyin olması gözlənilmir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, tələbə təhsil müəssisəsi ilə müvaqilə bağlayanda imza atır ki, ödənişini edəcək.

“Hazırki şəraitdə forma dəyişib, amma məzmun dəyişməyib. Tələbələr əgər distant təhsili yaxşı və keyfiyyətli hesab etmirsə, bir və ya iki illik akademik məzuniyyət götürüb, işləyib, gələn il yenidən təhsillərini davam etdirə bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Təhsil-haqqı  





Xəbər lenti