Bakı məktəblilərinin sayı açıqlandı

Bakı məktəblilərinin sayı açıqlandı
  11 Sentyabr 2020    Oxunub:2433
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 971 şagirdin təhsil alacağı gözlənilir.
İdarədən Azvision.az -a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794, XII sinfində 170 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Azvision.az


Teqlər: BŞTİ   Məktəb  





Xəbər lenti